Azərbaycanda təhsili distant keçən məktəb və siniflərin sayı açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanda hazırda təhsili distant qaydada davam etdirən
məktəb və siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən
Trend
-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə
üzrə 1 məktəb distant təhsildədir.

Qeyd olunub ki, distant təhsilə keçən siniflərin sayı isə
40-dır.

Xatırladaq ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə
koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin
Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal
bağlanmalar barədə qərar qəbul edilir.

Teqlər: