Şəmkir rayonunda ev yanıb

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Qapanlı
kəndində ümumi sahəsi 169 m² olan birmərtəbəli evin mətbəxinin
tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: