“Pegasus Airlines” aviaşirkəti Rusiyaya uçuşları dayandırıb

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti 2022-ci il martın
13-dən 27-dək Rusiyaya uçuşları dayandırır.

AzerTimes-ın
məlumatına görə, bu barədə aviadaşıyıcının mətbuat xidməti
bildirib.

“[Rusiyaya qarşı sanksiyaların tətbiqi] şəraitində əməliyyat
risklərinə görə, 13 mart 2022-ci il (daxil olmaqla) 27 mart 2022-ci
il tarixinədək Rusiya Federasiyasına və Rusiya Federasiyasından
bütün uçuşlarımız müvəqqəti olaraq dayandırılır. Bu tarixlərdə
Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və
Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz
dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna
malikdirlər”, – deyə şirkətdən bildiriblər.