Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Şəki şəhərinin İnçə kəndində “BMW” markalı minik avtomobilinin
körpüdən aşaraq çaya düşməsi və xilasedici köməyinə ehtiyac
yaranması barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a bildirilib ki, hadisə yerinə cəlb olunan
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə
qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1
nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq
aidiyyəti üzrə təhvil veriblər.