SWIFT-dən ayrılacaq Rusiya banklarının siyahısı genişləndiriləcək – Borrel

“SWIFT” Beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq
Rusiya banklarının siyahısının genişləndiriləcək.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici
siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep
Borrell Panamaya səfəri zamanı jurnalistlərə deyib.

“SWIFT sistemindən çıxarılacaq daha çox Rusiya bankı olacaq.
Enerji sektorunda biz Rusiya neftinin idxalına təsir edəcək
tədbirlər axtarırıq”, – deyə C.Borrel bildirib.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Kadri Simson mayın 3-də Aİ-nin Rusiyaya qarşı
altıncı sanksiyalar paketinin müzakirə ediləcəyini bildirib.