32 cinayətin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin
olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat
xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Teqlər: