Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Xəbər - Samir Əli – Trend:

Bugün səhər saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun Baş Küngüt kənd sakini Arif Ağammədov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən piyada Rasif Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: