Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başladı

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal
Fondun dəstəyi ilə Azərbaycanda insanın immunçatışmazlığı virusunun
(İİV) təmasdan öncə profilaktikası (TÖP – PrEP) adlı pilot
layihənin icrasına başladı.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar
İİV-ə yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik
işlər aparan qeyri-hökümət təşkilatlarının əməkdaşlarına təlim
təşkil edilib. Məqsəd risk qrupuna aid şəxslərdə İİV-in yayılma
səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır.

Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını
almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman
vasitələrindən istifadəni nəzərdə tutur.

İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması,
profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada
və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir,
hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunur.

Teqlər: