Səhiyyə Nazirliyi Bakıdakı partlayışla bağlı məlumat yaydı

Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə
yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım
briqadaları göndərilib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı
məlumatda deyilir.

Qeyd olunur ki, hadisə yerində xidmət göstərən briqadalarla
mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində
yerləşən “LocationBaku” gecə klubunda partlayış baş verib,
yaralananların olduğu deyilir. Hadisə yerinə polis və Fövqəladə
Hallar Nazirliyinin işçiləri cəlb olunub.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Teqlər: