Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Braziliyanın Rio-de-Janeyro ştatında güclü yağışlar nəticəsində
ölənlərin sayı 14-ə çatıb, onlardan 9-u azyaşlıdır.

Trend xəbər verir ki, bu barədə yerli Globo telekanalı məlumat
yayıb.

Ştatın cənub sahilindəki Paratı kurort şəhərində torpaq
sürüşməsi nəticəsində bir ana və altı uşaq, qonşu Angra dos Reisdə
isə üç azyaşlı da daxil olmaqla altı altı nəfər analoji şəraitdə
həlak olub.

Xilasedicilər 5 nəfəri dağıntılar altından çıxara biliblər,
onların həyatı üçün təhlükə yoxdur, daha 5 nəfər itkin düşüb. Son
iki gündə Angra dos Reis bölgəsində bütün meteoroloji müşahidələr
zamanı rekord miqdarda 655 mm yağıntı qeydə alınıb.