Bakıdakı partlayışda ölən və yaralanan var – FHN (FOTO)

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə
Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,
Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə
partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, dərhal ərziyə FHN-in
Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə
Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu
kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın
baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən
olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.
Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam
etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar
Mirzəyev hadisə yerindədir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət
alanlar var.

Əlavə məlumat veriləcək.

Teqlər: