Şəhidimizin anım günü keçirildi – Foto

Şəhidimizin anım günü keçirildi – Foto

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Elçin Kərimbəylinin anım günü keçirilib.

AzerTimes xəbər verir ki, Nərimanov İH və və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid Elçin Kərimbəylinin məzarı ziyarət edilib.

Tədbirdə icra başçısı və rayon bələdiyyəsinin sədri də daxil olmaqla, bir çox vəzifəlilər iştirak edib.

Qeyd edək ki, Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. 1998-2007-ci illərdə Nərimanov rayonunda yerləşən “Tərəqqi” Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil alıb.

1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirib, xidmətdə fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilib.

20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Teqlər: