Səfərbərlik Xidmətinin Naxçıvan idarəsinə rəis təyin edildi

Səfərbərlik Xidmətinin Naxçıvan idarəsinə rəis təyin edildi

Elmar Tağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.

AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

O bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Katibliyinin rəisi olub.

Teqlər: