Seçkilərdən sonra Bakı ilə… – Klaar

Seçkilərdən sonra Bakı ilə… – Klaar

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri başa çatıb.

AzerTimes xəbər verir ki, bu barədə AB-nin nümayəndəsi sosial şəbəkədə bildirib.

“AB-nin Ermənistan – Azərbaycan hərtərəfli sülh nizamlanmasına dəstəyini davam etdirdiyini vurğuladım. Bakı və İrəvan arasında məzmunlu ikitərəfli təmaslardan ruhlanır və seçkilərdən sonra Azərbaycan tərəfi ilə də tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirik”, – o qeyd edib.

Xatırladaq ki, ötən gün Klaar Ermənistanın Baş naziri Nikol Paşinyanın müavini Mqer Qriqoryanla Azərbaycanla sülh prosesini müzakirə edib.

Teqlər: