Bakı bu platformalarda görüşdən imtina edir

Bakı bu platformalarda görüşdən imtina edir

Ermənistan Azərbaycanla danışıqlara xoş niyyətlə yanaşır və biz regionda davamlı sülhün bərqərar olmasında maraqlıyıq.

AzerTimes xəbər verir ki, bu sözləri yanvarın 19-da Xorvatiyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz əminik ki, sülh təkcə Ermənistan əhalisinə deyil, regionun digər dövlətlərinə də fayda verəcək. Biz danışıqlarda, o cümlədən Avropa Birliyinin dəstəyi ilə, iştirak etdik, lakin indi görürük ki, Azərbaycan təəssüf ki, mövcud platformalar üzrə danışıqları bərpa etməkdən imtina edir. Bununla belə, biz danışıqların davam etdirilməsində maraqlıyıq. Dediyim kimi, biz danışıqlara kimin yardımçı olduğunu deyil, daha çox danışıqların hansı prinsiplər əsasında aparılmalı olduğunu qiymətləndiririk. Və bu kontekstdə bir daha qeyd etmək istərdim ki, bu, ərazi bütövlüyü, sərhədlərin tanınması və toxunulmazlığı, suverenliyin qarşılıqlı tanınmasıdır. Sülh razılaşmasının prinsiplər bunlardır”, – Mirzoyan bildirib.

Teqlər: