Mayın 13-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan
Mininin rəhbərlik etdiyi təşkilatın Katibliyinin nümayəndə heyəti
Özbəkistana səfərə edəcək.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Dunyo” informasiya agentliyi
bildirib.
Qarşıdakı görüşlər və danışıqlar zamanı Özbəkistanın ŞƏT-də
sədrliyi ilə tədbirlərin hazırlanması və keçirilməsi ilə bağlı
məsələlərin müzakirəsi planlaşdırılır.
Özbəkistanın sədrliyi ilə Daşkənd şəhərində keçirilən
tədbirlərdə ŞƏT baş katibinin iştirakı da nəzərdə tutulub.