Hindistanda helikopter qəzası nəticəsində iki pilot həlak olub

Hindistanın Çhattisqarh ştatının Raypur hava limanında təlim
helikopterinin qəzaya uğraması nəticəsində iki pilot həlak
olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə “NDTV” televiziya kanalı xəbər
verib.

Pilotlar helikopteri yerə endirmək istəyən zaman yanğın baş
verib. Təyyarədə başqa insanlar olmayıb. Yerli polisin verdiyi
məlumata əsasən, bu, adi bir təlim uçuşu olub.