ABŞ ASEAN ilə dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı 60 milyon dollar ayırıb

ABŞ Administrasiyası Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası
(ASEAN) ölkələri ilə dəniz təhlükəsizliyi üzrə əməkdaşlığı
genişləndirmək üçün 60 milyon dollar ayırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evdən ASEAN və ABŞ
liderlərinin Vaşinqtonda keçirilən iki günlük zirvə toplantısı ilə
bağlı verilən açıqlamada deyilib.

Sənəddə ABŞ-da silahlı qüvvələrin növündən biri olan Sahil
Mühafizəsinin bu təşəbbüslə məşğul olunacağı vurğulanıb.