Samuxda qadından tiryək götürülüb

Samuxda qadından tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan Trend
verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib
saxlamaqda şübhəli bilinən A. Quliyeva saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik
vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib,
faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: