“Meymun çiçəyi” xəstəliyinə yoluxmaların sayı 90 ötüb – ÜST

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) “meymun çiçəyi” xəstəliyinə
92 təsdiqlənmiş və 28 şübhəli yoluxma halı barədə məlumat daxil
olub.

Trend xəbər
verir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində
bildirilir.

Məlumata görə, yoluxma halları dünyanın 12 ölkəsində qeydə
alınıb.

Qeyd olunur ki, “meymun çiçəyi” xəstəliyinin endemik olduğu
bölgələrə səyahətlə yoluxmalar arasında hər hansı əlaqə müəyyən
edilməyib.