Samuxda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb (FOTO/VİDEO)

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə
oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən məlumata görə, aparılan araşdırmalarla
müəyyən edilib ki, rayon sakinləri Raqif Balakişiyev və Elgiz
Quliyev qabaqcadan əlbir olaraq rayon ərazisindəki 2 fərdi yaşayış
evindən müxtəlif məişət avadanlıqlarını oğurlayıb. Şübhəli şəxslər
saxlanılaraq maddi sübutların bir qismi ilə birlikdə istintaqa
təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: