“Samsung” gələcəyin smartfonları üçün operativ yaddaşı təqdim edib

“Samsung” şirkəti smartfonlar üçün LPDDR5X formatında operativ yaddaş təqdim edib.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Korporasiya nümayəndələri bildiriblər ki, LPDDR5X 16 giqabitlik çiplərlə 14 nanometrlik proses texnologiyasından istifadə etməklə istehsal olunur, məlumatların ötürülmə sürətinin artması və aşağı enerji sərfiyyatı ilə fərqlənir.


Yeni format 5G süni intellekt, metakainatlarla işləmək üçün nəzərdə tutulub və gələcəyin smartfonlarında istifadə olunacaq.