Meksikada iki mikroavtobus toqquşub, 12 nəfər həlak olub

Meksikanın Çiapas ştatının Palenke rayonunda iki mikroavtobusun toqquşması nəticəsində 12 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə bölgənin prokurorluğu xəbər verib.

Məlumatda qeyd olunub: “Nəzərinizə çatdırırıq ki, 12 nəfər ölüb, Honduras vətəndaşı olan daha üç nəfər yaralanıb”.


Ağır yanıq xəsarətləri alan uşaq da daxil olmaqla əcnəbilər Palenke xəstəxanalarından birinə aparılıb və onlara yardım göstərilib.