“Samsung Electronics” şirkəti yalnız “Galaxy” seriyalı
smartfonlarda istifadə olunacaq yeni və çox güclü prosessorun
hazırlanmasına başlayıb.
Trend xəbər
verir ki, bu barədə “The Korea Economic Daily” nəşri yazır.
Bildirilir ki, yeni çipin dizaynının hazırlanması gələn il başa
çatacaq və 2025-ci ildən şirkət öz prosessoru ilə təchiz edilmiş
smartfonların istehsalına başlamağı planlaşdırır.
Mənbələrə görə, bu, SoC (System-on-a-A-Chip), yəni bütün cihazın
funksiyalarını yerinə yetirə bilən, lakin bir çipdə yerləşdirilə
bilən sistem olacaq. “Samsung” hazırda qacetləri üçün prosessorları
ABŞ-ın “Qualcomm” və Tayvanın “Mediatek” şirkətlərindən alır.
Nəşr həmçinin bildirib ki, yeni prosessorunun hazırlanması “Samsung”-un öz ekosisteminin qurulmasında Apple ilə rəqabət
aparmaq planının bir hissəsidir.