Taliban qızların tam təhsil almasına icazə verəcək

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı qızların
altıncı sinifdən sonra oxumasına icazə verəcəklərini vəd edib.

Trend xəbər
verir ki, “CNN” telekanalına müsahibəsində müvəqqəti hökumətdə
təmsil olunna Daxili İşlər Naziri Siracuddin Hakkani hökumətin
hazırda bunu mümkün edəcək bir mexanizm üzərində çalışdığını
bildirib.

“Heç kim qadınların təhsil almasının əleyhinə deyil, qızların
isə 6-cı sinfə qədər məktəbə getməsinə artıq icazə verilib. Bundan
daha böyük yaşlılara gəldikdə isə mexanizm üzərində iş davam edir”,
– o, qeyd edib.

Taliban təmsilçisi əmin edib ki, hökumət tezliklə dərslərin
bərpası üçün mümkün vaxt cədvəlini açıqlayacaq.