Samoa sahillərində 5,3 bal gücündə zəlzələ olub

Sakit okeanda, Samo sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Apia şəhərindən 68,7 kilometr şimal-şərqdə, ocağı isə 38,8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.