“Pəncə Hərəkatı” əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub

İraqın şimalında “Pəncə Hərəkatı” əməliyyatı ərazisində iki türk hərbçisi şəhid olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Türkiyə ordusunun hərbçiləri və terrorçular arasında atışma başlayıb. Atışma nəticəsində 2 hərbçi şəhid olub, daha 1-i isə yaralanıb.


Bildirilir ki, Türk hərbçiləri terrorçulardan birini məhv edə biliblər.

Eyni zamanda Nazirlik şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralı hərbçiyə isə şəfa diləyib.