Şamaxıda yük maşını aşdı, sürücü öldü

Şamaxıda yük maşını aşdı, sürücü öldü

Şamaxıda avtomobil yoldan çıxaraq aşıb, ölən var.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bu gün saat 18 radələrində rayonun Çöl Göylər kəndində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif dərəcəli xəsarətlər alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: