Əks-hücumun ilkin nəticəsi: Bu kəndlər azad edildi

Əks-hücumun ilkin nəticəsi: Bu kəndlər azad edildi

13:20

Ukrayna Silahlı Qüvvələrinin 68-ci əlahiddə briqadası Donetsk vilayətinin Blaqodatnoe yaşayış məntəqəsini azad edib.

AzerTimes xəbər verir ki, bu barədə briqadanın Feysbuk səhifəsində məlumat verilib.

Məlumata görə, hücum zamanı rus hərbçilər də əsir götürülüb.

***

Ukrayna Könüllülər Ordusunun 7-ci əlahiddə balatyonu “AREY” Neskuçnoye kəndini Rusiya ordusundan azad edib.

Sözügedən kənd bundan öncə azad edilən Blaqodatnoe yaşayış məntəqəsinin yaxınlığında yerləşir.

Ukraynanın Tavriya istiqamətinin müdafiə qüvvələrinin spikeri Blaqodatnoenin azad edilməsinin əks-hücumun ilk nəticəsi adlandırıb.

Hər iki yaşayış məntəqəsi Donetsk vilayətini Zaporojye ilə sərhəd zonasında yerləşir.

Teqlər: