Salyanda şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Salyan rayonu, Xıdırlı kəndində fəaliyyət göstərən “Səmayə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Twitter:@cingizsafarli

Teqlər: