Kolumbiyada göydələn Azərbaycan bayrağının rənglərinə bürünüb (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Kolumbiyanın paytaxtı Boqota şəhərində məşhur “Colpatria” binası 27 Sentyabr – Anım günü münasibətilə Azərbaycan bayrağının rənglərinə bürünüb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov “Twitter” səhifəsində yazıb.

Binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını xatırlayır” sözləri işıqlandırılıb.

“Colpatria” göydələni Kolumbiyada dördüncü ən hündür binadır.


Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Anım günü qeyd edilib.

Teqlər: