Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb (FOTO)

Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərin birindən ümumi
dəyəri 4000 manat olan dəmir boru və lövhələr oğurlamaqda şübhəli
bilinən iki nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların əvvəllər
məhkum olunmuş rayon sakinləri Orxan Hüseynov və Röyal Səmədov
olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini
etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat
tədbiri nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir
qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu
soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş Pərviz
Əhmədov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan
metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət
işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan
tədbirləri seçilib.

Teqlər: