Qadını amansızlıqla öldürən şəxsə cinayət işi başlanıb

Martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd
sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.

AzerTimes-ın məlumatına görə, aparılmış araşdırmalarla zərərçəkmişin
ərinin qardaşı 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə
yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər
yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Mehdi Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: