Salyanda heroin alverçisi yaxalandı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə
məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən məlumata görə, əməliyyat məlumatı
əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini Radim
Cəfərov rayon ərazisində saxlanılıb.

Həmin şəxsin üzərinə keçirilən baxış zamanı 4 kiloqrama yaxın
narkotik maddə heroin və 400 qram psixotrop maddə olan metamfetamin
aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs bir müddət
əvvəl xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqəyə girərək,
satmaq məqsədi ilə ondan narkotik vasitələr istəyib. Daha sonra isə
ona narkotik vasitələrin Salyan rayonu ərazisində gizlədildiyi yer
bildirilib və R.Cəfərov bu maddələri götürmək üçün qeyd edilən
rayon ərazisinə gəlib. Həmin maddələri gizlədildiyi yerdən götürüb
aparan zaman isə onu Salyan RPŞ-nin əməkdaşları saxlayıblar.

Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu
etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: