Koronavirus xəstələrinin müalicə olunduğu əksər xəstəxanalar demək olar ki, boşdur – Teymur Musayev

Azərbaycanda koronavirus xəstələrinin müalicə olunduğu əksər
xəstəxanalar demək olar ki, boşdur.

AzerTimes-ın
məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev
deyib.

Nazir bildirib ki, gündəlik yoluxma sayları kifayət qədər
azalıb.

“Həmçinin, simptomlu xəstələrin sayı da nəzərə çarpacaq dərəcədə
aşağı düşüb. Eyni zamanda, xəstəxanaya yerləşdirilən pasiyentlərin
sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar demək olar ki,
boşdur. Xəstəxanalar bağlanmayıb, fəaliyyətlərini dayandırıblar. Bu
ənənə pandemiyanın müxtəlif dalğalarında eyni idi. Ümid edək ki,
həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”, – deyə nazir
əlavə edib.

Teqlər: