Şahin Mustafayev və Mövlud Çavuşoğlu regional məsələləri müzakirə ediblər

Xəbər - Orxan Nəbiyev – Trend:

Baş nazirin müavini Şahin Mustafayev Türkiyədə bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə M.Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər və regiondakı məsələlər müzakirə olunub.

Teqlər: