Əbu-Dabidə komendant saatı tətbiq olunur

Xəbər - Orxan Nəbiyev – Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində koronavirusun yeni ştammları ilə əlaqədar məhdudiyyətlər və komendant saatı tətbiq edilir.

AzerTimes-ın məlumatına görə, bölgədə komendant saatı iyulun 19-dan qüvvəyə minəcək.

Qeyd olunur ki, həmin müddət ərzində saat 00:00-dan 05:00-dək əmirlik ərazisində sakinlərin və nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

BƏƏ Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkə əhalisinin 85 faizi koronavirusa qarşı peyvəndin azı bir dozasını qəbul edib.