“Şahid”lər Ukraynanı çətin duruma saldı: xərc artdı

“Şahid”lər Ukraynanı çətin duruma saldı: xərc artdı

Ukraynanın İran istehsalı PUA-ları vurmaq üçün çəkdiyi xərc Rusiyanın sözügedən pilotsuz təyyarələri almağa ödədiyi vəsaiti xeyli üstələyir.

AzerTimes xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

“İranın “Şahid-136” PUA-sının birinin qiymətinin 20-50 min avro arasında olduğunu nəzərə alsaq, Rusiyanın son həftələrdə Ukraynaya pilotsuz təyyarə hücumlarının ümumi dəyəri 11,66 milyon (və ya 17,9 milyon) dollar təşkil edir”, – “Molfar” hərbi analitiklərinin hesablamasında bildirilib.

Qeyd olunub ki, Ukrayna pilotsuz təyyarələri məhv etmək üçün MiQ-29 qırıcıları, S-300 qanadlı raketləri, NASAMS yerüstü müdafiə sistemləri və atıcı silahlardan istifadə edib:

“Ukrayna üçün təxmini xərc 28,14 milyon dollardan çoxdur. Bu məlumat sentyabrın 13-dən oktyabrın 17-dək olan müddəti əhatə edir”.

Teqlər: