Rus neftinə məhdudiyyət OPEK-ə təsir edəcəkmi?

Rus neftinə məhdudiyyət OPEK-ə təsir edəcəkmi?

Rusiya neftinə qoyulan məhdudiyyət OPEK-ə təsir göstərməyəcək.

AzerTimes “Röyters”ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton müvafiq bəyanatla OPEK nümayəndələrinə müraciət edib.

Bildirilib ki, bu qərar ABŞ-la aparıcı neft ixracatçısı və OPEK-in faktiki lideri olan Səudiyyə Ərəbistanı arasındakı fikir ayrılıqlarını azalda bilər.

Öz növbəsində, Vaşinqton hasilatın azaldılmasının Rusiyanın gəlirlərini artıracağını və dekabrda qüvvəyə minməli olan qiymət tavanının Rusiyanın Ukraynaya təcavüzünə qarşı xüsusi olaraq işlənib hazırlandığını bildirib və bu qərarın digər istehsalçılara şamil olunmayacağına işarə edib.

Qeyd edək ki, OPEK neft hasilatını gündə 2 milyon barrel azaltmaq barədə qərar verib.

Teqlər: