Sahibkarlara birgə “Əmək və Məşğulluq” altsisteminə dair müzakirə aparılıb (FOTO)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində
(İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm
mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin
(ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Dəyirmi masada İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış ediblər.

ƏMAS-ın funksional imkanları, onun işəgötürənlər üçün faydaları
barədə məlumat verilib. “Əmək və Məşğulluq” altsisteminin
istifadəyə verilməsinin əmək münasibətləri sahəsində köklü islahat
tədbiri olduğu və əmək bazarının bütün iştirakçıları üçün
əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd olunub ki, altsistem vasitəsilə əmək müqavilələrinin kağız
üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna
keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər
əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. bu
e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq
proqramlarına əlçatanlığını daha da artırılmasında da xüsusi önəm
kəsb edir.

Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının, “Paşa
Holding” MMC-in, “Deloitte Azerbaijan”ın, Azərbaycan Mikromaliyyə
Assosiasiyasının, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-in,
Auditorlar Palatasının, Azərbaycan Banklar Assosiasiyasının,
Azərbaycan-Fransa Ticarət Palatasının, AMCHAM-ın, Azərbaycan Sənaye
Korporasiyasının, “Türkiyə və Azərbaycan İş Adamları və
Sənayeçilər” İB-in, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin,
“Ernst and Young Azerbaijan”ın, Azərbaycan Mühasiblər və Risk
Peşəkarları Assosiasiyasının və Azərbaycan Türkiyə İş Adamları
Birliyinin nümayəndələri iştirak edib.

Müzakirələr zamanı sahibkar təşkilatlarının nümayəndələrini
maraqlandıran suallar cavablandırılıb.

Teqlər: