Almaniya enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır – Səfir

Almaniya enerji tərəfdaşlarının şaxələndirilməsində maraqlıdır
və Azərbaycan bu baxımdan vacib rol oynayacaq.

Bunu Trend
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

“Almaniyanın “Uniper” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) əməkdaşlıq barədə sazişin müddətini uzadıb. Ümumiyyətlə,
Almaniya bu sektorda Azərbaycanla münasibətlərin inkişafında çox
maraqlıdır”, – səfir deyib.

O qeyd edib ki, Almaniyanın İqtisadiyyat və İqlim Dəyişiklikləri
ilə Mübarizə Nazirliyinin baş direktorunun iyunun əvvəlində
keçiriləcək “Xəzər Neft-Qaz” beynəlxalq sərgisində iştirak etmək
üçün Bakıya səfəri gözlənilir.

Səfir əlavə edib ki, Almaniya enerji sahəsində Azərbaycanla
əməkdaşlığı genişləndirməyə çalışır, amma iqlim dəyişikliyi və
enerji səmərəliliyi barədə də unutmaq olmaz. Onun fikrincə,
atmosferə karbon qazı tullantılarının azaldılması üçün tədbirlər
görmək lazımdır.

“Məsələn, Almaniyanın “Siemens” şirkəti SOCAR üçün buxar turbini
quraşdırb ki, bu da tullantıların azalmasına töhfə verib. Biz şadıq
ki, Azərbaycan da enerji səmərəliliyinə və “yaşıl” iqtisadiyyata
can atır”, – V.Maniq vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: