Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)

25 aprel Azərbaycanda Sahibkarlar Günüdür.

KOBİA-dan AzerTimes-a verilən
məlumata görə, bununla bağlı sahibkarlar Fəxri Xiyabanda Ümummilli
Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla
anaraq abidəsi önünə əklil qoyublar.

Sahibkarlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl”
kompleksinə əklil qoyublar.

Teqlər: