“PAŞA Həyat” 2022-ci il üzrə I rübün maliyyə nəticələrini açıqladı

Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat
Sığorta” ASC 2022-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatını
ictimaiyyətə açıqlayıb.

PAŞA Həyat inkişaf meyllərini və ölkə üzrə sığorta bazarında
lider mövqeyini qorumağa davam edir. İnkişafı şirkətin maliyyə
göstəricilərində sezmək mümkündür.

Təqdim olunan məlumatlara əsasən rüb sonuna şirkətin ümumi
kapital həcmi ötən ilin müvafiq dövründən 17%
artaraq 80 mln. AZN dəyərində qərarlaşıb. Cəmi
aktivlərin
həcmi 20% artaraq 485 mln. AZN təşkil etdi.

2021-ci ilin birinci rübü ilə müqayisədə yığılmış
sığorta haqlarında
62% artım olub və rüb sonuna 86 mln.
AZN təşkil edib, həmçinin hesabat dövründə 14 mln. AZN
sığorta ödənişi həyata keçirilib.

Nəticədə PAŞA Həyat-ın birinci rüb üzrə cəmi məcmu
gəliri
8 mln. AZN təşkil edib. Bununla da ötən ili eyni
dövrün göstəricisi ilə müqayisədə 29%-lik artım müşahidə
edilir.

PAŞA Həyat daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər
təqdim etmək üzərində çalışır. Bu istiqamətlərdə ən son təcrübələr
üzərində çalışan şirkət artıq həyat sığortası bazarında ilk olaraq
Agile metodologiyasını tətbiq edir. Eyni zamanda, 2021-ci ildən
etibarən şirkət yeni Rəqəmsal strategiyanı həyata keçirməyə
başlayıb. Şirkət ötən il ərzində yeni layihələrə imza ataraq Data
Analitika, İnvestisiya prosesləri, digər biznes proseslərin
optimizasiyası və yeni məhsulların yaradılması istiqamətində bir
çox proseslər həyata keçirib.

2021-2023-ci illəri əhatə edən strategiya şirkəti müştəri
təcrübəsinə əsaslanan və innovativ şirkət kimi formalaşdıracaq.

Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat
sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz
əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA
Həyat ən doğru seçimdir.

Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin
noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə
şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət
müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən
“İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım
tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

Teqlər: