Sahibə Qafarova “Baykar” şirkətində – Foto

Sahibə Qafarova “Baykar” şirkətində – Foto

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarova və Pakistan Milli Məclisinin sədri Rza Pərviz Əşrəf ilə birlikdə “Baykar” şirkətinə səfərə gəlib.

AzerTimes xəbər verir ki, Türkiyə, Azərbaycan və Pakistan “Üçlü Assambleyası Başçılarının İkinci Toplantısı” üçün İstanbulda bir araya gələn sədrlər daha sonra Özdəmir Bayraqdar Milli Texnologiya Mərkəzini ziyarət ediblər.

Səfər çərçivəsində Assambleyanın Sədrləri “Baykar” tərəfindən milli və xüsusi olaraq hazırlanmış S/PUA-lar haqqında məlumat almış və araşdırmalar aparıblar.

Ziyarətin xatirəsinə hörmətli Məclis sədrlərinə Bayraktar AKINCI TİHA modeli təqdim olunub.

Teqlər: