Erməni hərbi texnikası Qarabağdan bu cür çıxarılır – Video

Erməni hərbi texnikası Qarabağdan bu cür çıxarılır – Video

Xankəndidəki erməni hərbi texnikası gecə vaxtı şəhərdən çıxarılır.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası Qarabağdakı erməni əhaliyə istinadən yazır.

Məlumata görə, ermənilər hərbi texnika karvanlarının Qarabağdan çıxarıldığını öz gözləri ilə görüb. Karvanın Xankəndini tərk etdiyinə dair qısa görüntülər də yayılıb.

Görüntülər axşam saatlarında çəkildiyi üçün tam müşahidə olunmur, lakin göründüyü kimi, hərbi texnika gecə saatlarında çıxarılır.

Qeyd edək ki, Bakının israrlı tələbindən sonra İrəvan Qarabağda qalan Errmənistan Silahlı Qüvvələrinin qalıqlarının çıxarılma prosesinin başlandığını elan edib.

Teqlər: