“Şahdəniz-2” AÇG yataqlar blokunda hasilatın azalmasını kompensasiya edəcək – OPEC

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatında
azalmanın böyük hissəsinin “Şahdəniz” yatağının işlənməsinin ikinci
mərhələsi çərçivəsində kondensat hasilatı ilə kompensasiya
olunacağı gözlənilir.

AzerTimes-ın məlumatına görə, bu barədə OPEC-in aylıq hesabatında
deyilir.

Hesabata əsasən, bu ilin fevral ayında Azərbaycanda maye
karbohidrogenlərin hasilatı yanvar ayı ilə müqayisədə 15 min
barel/sutka, ötən ilin fevralı ilə müqayisədə idə 59 min
barel/sutka azalaraq 0,72 milyon barel/sutka təşkil edib.

“Fevralda Azərbaycanda xam neft hasilatı yanvarla müqayisədə 15
min barel/sutka azalaraq 566 min barel/sutka təşkil edib. Mart
ayında isə Azərbaycanda maye karbohidrogenlərin hasilatı orta
hesabla 0,8 milyon barel/sutka artıb. Hesablamalara əsasən, 2021-ci
ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı 2020-ci illə
müqayisədə 0,01 milyon barel/sutka azalaraq 0,74 milyon barel/sutka
təşkil edib. 2022-ci ildə bu göstəricinin 0,81 milyon
barel/sutkayadək çatacağı proqnozlaşdırılır”, – hesabatda
deyilir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: