Prezident İlham Əliyev: Biz Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq

Biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm,
Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq.
Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya
üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq
təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət
prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət
yetirsinlər və ikili standartlardan kənar olsunlar.


Trend
xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham
Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr
olunmuş müşavirədə deyib.

Xəbər yenilənəcək

Teqlər: