Tərtər şəhərində güclü külək məktəbin dam örtüyünü atıb

Güclü külək Tərtər şəhər 2 saylı tam orta məktəbin dam örtüyünü
atıb.

AzerTimes-ın yerli bürosu xəbər verir ki, külək, həmçinin, şəhərin
Heydər Əliyev prospektində elektrik dirəklərini aşırıb.

S.Vurğun küçəsində isə ağac Atayev Elşən Sultan oğluna məxsus
evin üzərinə düşüb.

Teqlər: