Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı dəyişiklik təsdiq edilib

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə
birgə təhsil ala biləcək.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında “Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlara
dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, təhsil müəssisəsinin tipləri və növləri
konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə
uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik,
bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşması
istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi
şərait yaradılacaq.

Dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul
edilib.

Teqlər: