Qanunsuz ağac kəsintisi ilə bağlı beş cinayət işi başlanılıb

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf
mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması,
aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli
qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Baş
Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən
Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatala rayonlarının
ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5
cinayət işi başlanılıb.

Dövlət və bələdiyyələ torpaqlarında, həmçinin ağackəsmənin icazə
verilmədiyi ərazilərdə ərazilərdə meşə fonduna daxil olmayan və
meşə fonduna aid olan ağacların kəsilməsi nəticəsində ümumilikdə 72
min manat ziyan dəyib. Qanunsuz ağackəsmə hallarının aidiyyəti
vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərilərinə
düşən vəzifələrin icrasına səhlankar yanaşması müəyyən edilib.

Cinayət işləri Azərbaycan Respublikası CM-nin 259.1, 259.2.4 və
314.1 maddələsi ilə başlanılaraq istintaqın aparılması üçün rayon
aidiyyəti üzrə rayon prokurorluqlarına göndərilib.

Teqlər: